Şuşadakı aksiya ilə bağlı Təhlükəsizlik Şurasını topladı - Paşinyan

14 Dekabr 2022 12:30 Gündəm 652
Şuşadakı aksiya ilə bağlı Təhlükəsizlik Şurasını topladı - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Məlumata görə, iclas zamanı Laçın dəhlizindəki vəziyyət müzakirə olunub.

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və digərləri də iştirak edib.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM