“Roma”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 59 yaşlı mütəxəssisin xidmətində maraqlıdır və artıq onunla əlaqə saxlayıb.
Federasiya Mourinyoya milli komanda ilə “Roma”ya eyni vaxtda rəhbərlik etməyi təklif edir.
Bundan əvvəl xəbər yayılmışdı ki, yaxın vaxtlarda Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernando Santuşun istefasını elan edəcək.
Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşə uduzub (0:1).

