"Messidən qorxduğumuzu zənn etmirəm" - Azərbaycanda çalışan xorvatiyalı

13 Dekabr 2022 18:00 Gündəm 503
"Messidən qorxduğumuzu zənn etmirəm" - Azərbaycanda çalışan xorvatiyalı

"Sabah" Futbol Akademiyasının koordinatoru Adino Mustendaqiç Sportinfo.az-a açıqlama verib.

Xorvatiyalı ölkəsinin millisinin DÇ-2022-dəki çıxışını dəyərləndirib:

"Bu nəticə gözlənilən idi. Xorvatiya millisi turnir tipli yarışlara uyğunlaşmağı yaxşı bacarır.

Yığmamız tam olaraq nə və necə etməli olduğunu bilir və bu, hələ ki onlarda çox yaxşı alınır. Dünya Kubokunda son iki matçımızı səbirsizliklə gözləyirik.

Dünya çempionatında bu qədər irəli gedəcəyimizi təxmin etmək bir qədər çətin idi, lakin istənilən halda bizi məğlub etməyin çətin olacağını bilirdim.

Oyunçuların turnirdə sərgilədiklər xarakter və dözümlülük təqdirəlayiqdir. Bizim əsl oyunumuz rəqibi “dərin sular”a çəkəndə başlayır, hansı ki, onlar vərdiş etmədikləri futbolu oynamağa başlayırlar. Bu zaman sizin əsl keyfiyyətiniz üzə çıxır".

Bu gün Xorvatiya millisi Qətərdəki turnirin yarımfinal mərhələsində Argentina ilə üz-üzə gələcək.

O, qarşılaşmada həmyerlilərinin şanslarını dəyərləndirib və rəqibin heyətində yer alan dünya ulduzu Messinin oyuna təsir imkanlarından danışıb:

"Xorvatiya millisi 2018-ci ildə Rusiyada Messiyə qarşı oynayıb. Bundan əlavə, bir çox futbolçumuz da öz klublarında ona qarşı çıxış ediblər. Düzdü, Messi indi əvvəlkindən yaşlıdır, amma istedad heç vaxt itmir.

Millinin Messidən qorxduğunu zənn etmirəm. Lakin indi qarşımızda taktiki baxımdan daha yaxşı Argentina millisi var və belədə Messinin keyfiyyətləri daha yaxşı üzə çıxır.

Xoşbəxtlikdən hücum zamanı Messinin yaratdığı boşluqlardan istifadə edən futbolçu Akuna bu matçda çıxış etməyəcək.

Ümid edirəm ki, Xorvatiya millisi bu matçda Argentina yığmasının sol cinahdan hücumlarından daha az narahat olacaq və Messiyə hərəkət üçün daha az sahə verəcəklər. Braziliya ilə oyundan sonra bu matça çox nikbin baxıram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti