Hansı məşhur klub Mahir Emrelinin komanda yoldaşını istəyir?

12 Dekabr 2022 01:30 Gündəm 784
Hansı məşhur klub Mahir Emrelinin komanda yoldaşını istəyir?

Xorvatiya millisinin və Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviç DÇ-2022-də sərgilədiyi parlaq çıxışla bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, "Bavariya" Dominiki transfer etməyə ən real namizəddir.

Xəbərə görə, ayağından xəsarət alan Manuel Noyeri mövsümün sonunadək itirdiyi dəqiqləşən Münhen təmsilçisi "dama-damalar"ın "çərçivə" qoruyucusu ilə güclənməyi ən ideal variant sayır.

Düzdür, "Monako"da icarədə olan Aleksander Nübelin geri qaytarılması da mümkündür. Lakin Bundesliqa klubunun rəsmiləri ilk olaraq xorvatı heyətə qatmağa çalışacaqlar.

Mundialda adından söz etdirən Livakoviçin formasını geyindiyi "Dinamo"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM