Azərbaycana ŞOK HƏDƏ: “Ukraynada müharibə bitən kimi...”

12 Dekabr 2022 01:20 Gündəm 1 179
Azərbaycana ŞOK HƏDƏ: “Ukraynada müharibə bitən kimi...”

Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci il Moskva Bəyannaməsi imzalansa da, bu sənədə hələ ki, şimal qonşumuz tərəfdən lazımınca məhəl qoyulmadığının şahidi olmaqdayıq.

Rusiya sülhməramlı kontingentin Qarabağda çıxardığı oyunlar, o cümlədən erməni separatçılarını çoxdan tərk-silah eləmək əvəzinə silahlandırması, anklava silah-sursat daşınmasına, sərvətlərimizin talanmasına göz yumması buna bariz sübutdur.

Üstəlik, ara-sıra bəzi rusiyalı ekspertlərdən də anti-Azərbaycan bəyanatları, hətta hədələr eşidirik. Misal üçün, hərbi analitik Konstantin Sivkov kimi.

Moskvada “Russia Today” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında o bildirib: “Ukraynada cəbhənin uzunluğu indi min kilometrdən çoxdur, hipotetik olaraq Belarus cəbhəsini də ora əlavə etsək, Böyük Vətən müharibəsindəki kimi tam cəbhə xətti alınar - Ukraynadakı münaqişənin miqyasını anlamaq üçün. Bildiyiniz kimi, Böyük Vətən müharibəsi zamanı kütləvi səfərbərlik olub, sənaye hərbi relslərə keçib və bir çox başqa şeylər. İndi Rusiyada belə bir şey yoxdur. Rusiyada qismən səfərbərlik olub, ona görə də biz mövcud qüvvələrlə manevr edirik. Min kilometrlik cəbhəni bağlayandan sonra biz qayıdıb Azərbaycanla məsələni bitirəcəyik. Hazırda Rusiya diplomatik kanallarla işləyir və Azərbaycan liderlərinin Türkiyə və ABŞ-n diktəsi ilə hərəkət edərək, Rusiyaya ciddi problemlər yaratması faktını Rusiya rəhbərliyi unutmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti