Mahir Emreliyə 3 ölkədən icarə təklifi gəldi - “Dinamo” onu buraxacaqmı?

11 Dekabr 2022 20:40 Gündəm 2 967
Mahir Emreliyə 3 ölkədən icarə təklifi gəldi - “Dinamo” onu buraxacaqmı?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Dinamo”nun (Zaqreb) düşərgəsinə qayıdacağı tarix bəlli olub.

25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verib.

Bu ilin fevral ayından “Dinamo”da çıxış edən Mahir Emreli Zaqrebə dönən kimi klub rəhbərliyi ilə görüşəcək. Səbəbsiz yerə deyil.

Yığmamızın üzvü çox vaxt ehtiyatda qalmasından narazıdır və icarəyə verilməsini istəyir. Ante Çaçiçin rəğbətini heç cür qazana bilməyən hücumçuya bir sıra yeni təkliflər gəlib.

Türkiyə, Bolqarıstan və Yunanıstandan aldığı dəvətlərdən birini dəyərləndirməyə həvəs göstərən Mahirə yerli rəsmilərin nə deyəcəyi çox maraqlıdır.

Axı o, sentyabrda «Qarabağ»a qayıda bilərdi. Həmin vaxt futbolçu keçmiş klubundan gələn çağırışa müsbət reaksiya göstərmişdi.

Lakin «Dinamo» başbilənləri Azərbaycan çempionunun onu 10 aylıq icarəyə götürməsinə razılaşmadı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti