”Traktor”un keçmiş futbolçusu Amir Nasr Azadani İranda baş verən hadisələrə etiraz etdiyi üçün edam cəzasına məhkum edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisi “tvitter” hesabında məlumat verib.
Klub 26 yaşlı futbolçunun həyatının təhlükədə olduğunu deyib. Amir Nasr Azadani son olaraq 2021-ci ildə “İranjavan”da çıxış edib.
26 yaşlı sağ cinah müdafiəçisi oktyabrın 29-da İsfahanda keçirilən aksiya zamanı həbs olunub. İranın aşağı yaş qrupları üzrə milli komandalarının keçmiş üzvü terrorçu qruplarla əlaqədə ittiham olunur.
Bundan əlavə, molla rejiminin məhkəməsi karate üzrə dünya çempionu Mehdi Kərəmi haqqında da ölüm cəzası çıxarıb.


