"Qarabağ" və "Neftçi"də Ronaldo üzüntüsü - FOTOLAR

11 Dekabr 2022 14:00 Gündəm 1 176
"Qarabağ" və "Neftçi"də Ronaldo üzüntüsü - FOTOLAR

Mərakeşin Qətərdə keçirilən Dünya Çempionatında növbəti qurbanı Portuqaliya millisi oldu.

1/8 finalda İspaniya millisinə şok yaşadan Afrikalılar bu dəfə Ronaldonun komandasına kabus yaşatdılar.

El Nesirinin 42-ci dəqiqədə vurduğu qol oyunun yekun nəticəsini təyin etdi.

Bununla da dünya ulduz Kriştiano Ronaldonun karyerasını dünya kuboku qazanmadan bitirməsi demək olar rəsmiləşdi. Çünki hazırda 37 yaşı olan forvardın 4 ildən sonrakı çempionatda iştirakı inandırıcı deyil.

Əbəs deyil ki, onu sevənlər indi iki qat üzüntü yaşayırlar. Onların arasında "Qarabağ" və "Neftçi"nin məşhur simaları da var.

Söhbət "ağ qaralar"ın kapitanı Emin Mahmudov, müdafiəçisi Azər Salahlıdan və "Qarabağ"ın əsas simalarından sayılan Kevin Medina, Toral Bayramov və Bəhlul Mustafazadədən gedir.

Adıçəkilənlər üzüntülərini öz sosial şəbəkə hesablarından Ronaldonun fotosunu paylaşmaqla bildiriblər.

Medina paylaşımına "İndiyə qədər gördüyüm ən böyük əfsanədir və olacaq" sözlərini yazıb.

Mahmudov "çox heyif"

Bayramov "Əfsanə"

Salahlı isə "ən yaxşı"

deyə paylaşımına başlıq seçib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti