"Heç nəyə zəmanət verə bilmərəm, düşünmək üçün mənə bir az vaxt lazımdır"

11 Dekabr 2022 01:40 Gündəm 643
"Heç nəyə zəmanət verə bilmərəm, düşünmək üçün mənə bir az vaxt lazımdır"

PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki karyerasını bitirə bilər.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı “sambaçı” bunu DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya millisinə məğlub olduqları matçdan sonra bildirib.

O, hazırda düşünmək üçün zamana ehtiyacı olduğunu deyib:

“Bundan sonra nə olacağını bilmirəm. Heç nəyə zəmanət verə bilmərəm.

Düşünmək üçün mənə bir az vaxt lazımdır. Braziliya millisi üçün qapını bağlamıram. Amma qayıtmaq istədiyimi əminliklə deyə bilmirəm”.

Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər – 2:4), turnirlə vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti