"Neftçi"nin məşhur hücumçusunun ölüm günü… FOTO

10 Dekabr 2022 14:20 Gündəm 720
"Neftçi"nin məşhur hücumçusunun ölüm günü… FOTO

Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin vəfatından 25 il ötür.

Banişevski uzun sürən xəstəlikdən sonra, 51 yaşında vəfat etmişdi.

Onunla vida mərasimi, 25 il əvvəlin bu günü - 1997-ci dekabrın 10-da hazırkı Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilmişdi.

Şəkildə Banişevskinin cənazəsinin ətrafında duranlar AFFA-ın o vaxtkı rəhbərləridir.

Üzü görünən iki şəxs isə qurumun vitse-prezidentləridir. Biri Oqtay Zeynalov, digəri sonradan Hacı Məmmədovun (sonradan ömürlük həbsə məhkum olunmuşdu) sifarişi ilə qətlə yetiriləcək “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovdur (soldan birinci)...

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM