"Hamı Azərbaycanla çox mehribandır, çoxları onunla isti münasibət qurmağa çalışır”

28 Noyabr 2022 13:50 Gündəm 467
"Hamı Azərbaycanla çox mehribandır, çoxları onunla isti münasibət qurmağa çalışır”

“Ermənistanda vəziyyət çox ağırdır, əldə olan müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”.

Bunu beynəlxalq məsələlər üzrə ekspert, Lehiq Universitetinin (ABŞ) professoru Arman Qriqoryan deyib.

Ekspert qeyd edib ki, ABŞ-ın bu regionda maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır:

“Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana, Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş ümidlər olmamalıdır”.

Arman Qriqoryan Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra regionda mövcud vəziyyətə də toxunub:

“Qələbə çox vaxt öz güclü tərəflərinin yenidən qiymətləndirilməsinə, bu ölkənin gücündən kənar yeni ambisiyaların əldə edilməsinə gətirib çıxarır. Hamı Azərbaycana qarşı çox mehribandır, çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”.

Digər Xəbərlər
Xəbər Lenti