"Digər komandalar o qədər yaxşı çıxış etmir, Ronaldo da əvvəlki kimi oynamır"

21 Noyabr 2022 10:20 Gündəm 530
"Digər komandalar o qədər yaxşı çıxış etmir, Ronaldo da əvvəlki kimi oynamır"

Braziliyanın keçmiş prezidenti Luiz İnasiu Lula da Silva bu gün start götürəcək dünya çempionatı ilə bağlı danışıb.

Sportal.az xəbər verir ki, ölkə başçısı Qətərdəki mundialla bağlı fikirlərini açıqlayıb:

"20 ildən sonra Braziliyanın yenidən dünya çempionu olmasının vaxtı çatıb. Digər komandalar o qədər də yaxşı çıxış etmirlər. Kriştiano Ronaldo da əvvəlki kimi oynamır. Ona görə də ümidlə doluyam”.

Braziliya Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.

Lula 2003-2011-ci ilə qədər Braziliyanın prezidenti olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!