AFFA rəhbərliyinə təklif gəldi, Makedoniyaya gedə bilmədilər

20 Noyabr 2022 16:40 Gündəm 831
AFFA rəhbərliyinə təklif gəldi, Makedoniyaya gedə bilmədilər

AFFA rəhbərliyi Qətərə işgüzar səfər edib.

Assosiasiyanın prezidenti Rövnəq Abdullayev, qurumun sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov, həmçinin baş katib Sərxan Hacıyev Asiyanın varlı ölkəsinə yollanıb.

Səfərdə məqsəd Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının noyabrın 20-nə təyin olunmuş açılış mərasimində iştirak etməkdir.

Noyabrın 16-da Moldova ilə yoldaşlıq görüşündə Azərbaycan millisinin qələbəsinin (2:1) canlı şahidi olmuş Hacıyev DÇ-2022-nin açılış mərasiminə görə yığmamızın Şimali Makedoniya ilə sınaq matçında stadionda olmayacaq.

Dünya çempionatı 20 noyabr-18 dekabr tarixlərini əhatə edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti