Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov Kristiano Ronaldo ilə bağlı paylaşım edib.
O, öz sosial şəbəkə hesabından dünya ulduzu ilə birgə olan fotosunu izləyiciləri ilə bölüşüb.
Görünür, bununla Sultanov son günlər haqqında xoşagəlməz hallar yaşanan Ronaldoya DÇ-2022 öncəsi öz dəstəyini göstərmiş olub.
Maraq üçün bildirək ki, ikilinin fotodakı qarşılaşması 2006-cı il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Portuqaliya Azərbaycan oyununa (3:0) təsadüf edir.
73-cü dəqiqədə əvəzlənən dünya ulduzu həmin ana kimi matçda vurulan 3 qoldan ikisinin müəllifi, birinin isə asisti olmağı bacarıb.
Sultanov isə 64-cü dəqiqədə yerini Fərrux İsmayılova verib.
Son illər futbol funksioneri kimi çalışan veteran oyunçu milli komandada keçirdiyi 16 oyunda 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

