İsrail klubunun forvardı Azərbaycanla matçda niyə forma geyinməyəcək?

16 Noyabr 2022 17:20 Gündəm 596
İsrail klubunun forvardı Azərbaycanla matçda niyə forma geyinməyəcək?

Moldova millisinin forvardı Yon Nikolaesku bu gün Azərbaycana qarşı keçiriləcək yoxlama matçında meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb Sergey Kleşenkonun ona istirahət verməsidir.

Məsələ burasındadır ki, Nikolaesku "Beytar"da çıxış edir və o, iki gün öncə bu komandanın heyətində 13-cü turun oyununda meydana çıxıb.

Moldova millisinin çalışdırıcısı isə forvardın səhhətini riskə atmaq istəməyib.

Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə 21:00-da başlanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti