Qaret Beyldən maraqlı etiraf: "Kiminsə zədələnməməsi üçün dua edirik"

16 Noyabr 2022 21:40 Gündəm 634
Qaret Beyldən maraqlı etiraf:

Uels millisinin kapitanı, “Los-Anceles”in vingeri Qaret Beyl Qətərdə keçiriləcək dünya çempionatından gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandada yer alan oyunçuların zədələnməməsi üçün dua etdiklərini bildirib:

"Mən optimal vəziyyətdəyəm və turnirə hazıram. Əgər hər görüşdə 90 dəqiqə oynamaq lazımdırsa, buna hazıram.

Bu cür böyük turnirdən əvvəl kiminsə zədələnməməsi üçün dua edirik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM