GÜNDƏM: Qaranı “qaralayan” De Byazinin Eddi yalanının üstü necə açıldı?

15 Noyabr 2022 20:40 Gündəm 1 866
GÜNDƏM: Qaranı “qaralayan” De Byazinin Eddi yalanının üstü necə açıldı?

Azərbaycan millisinin çalışdırcısı Canni De Byazinin Qara Qarayevlə ədavəti davam edir.

Onun yığma komandanın Moldova və Şimali Makedoniya yığmalarına qarşı yoxlam oyunlarında təcrübəli yarımmüdafiəçini çağırmaması bunu deməyə əsas verir.

Oxşar hal təxminən 2 ay öncə də yaşanmışdı. Millətlər Liqasında Slovakiya və Qazaxıstan yığmalarına qarşı oyunlarda italiyan mütəxəssis Qarayevə ehtiyac duymamışdı. Əcnəbi çalışdırıcı qərarını Qaranın boyunun balaca olması ilə əsaslandırmışdı. Ki, bu da çox gülünc açıqlama idi. Hər da De Byazi Bakıya gəldiyi ilk gündən belə qərar versə anlamaq olardı. Amma iki il xidmətindən istifadə etdiyi oyunçu barəsində bir andaca belə danışması gülüncdür.

De Byazini qoyaq bir kənara. Hər halda qərar veribsə, yalan-doğru bir izah da verməliydi/ verib.

Mənim sözüm isə qərarın müdafiəsinə qalxan müəyyən adamlaradır. Ki, israrla Eddi İsrafilovun daha güclü olmasını önə çəkirdilər.

Əvvəla mənə görə hər iki oyunçu da bir-birini rahatlıqla əvəzləyə bilər. Hansısa biri digərindən birbaş üstün deyil. Digər tərəfdən milli komandada bir mövqedə iki sanballı oyunçunun olması da işin ümumi xeyrinə olmalı və baş məşqçi də bundan məmun qalmalıdır. Yəni ikisinin də eyni vaxtda dəvət alması elə ən məntiqli qərar olardı/olmalıdır! Bunu da keçdik.

Tamam, olsun siz deyən. Tutaq ki, Eddi Qaradan güclüdür və bu da qərarın verilməsinə təsir edən əsas amildir. Bəs Eddi zədələnsə, cəzalansa necə olacaq? Onu kim əvəzləyəcək? Hər halda Qarayevin Eddini əvəzləyəcək potensialda olmasını da inkar edəsi deyilsiniz. 2 ay əvvəl bu məqamın üzərindən sükutla keçildi.

Və bu gün həmin ehtimallardan biri baş verib. "Neftçi"nin üzvü uzun müddətdir zədədən əziyyət çəkdiyi üçün yığmadan kənarda qalıb. Bəs Qara? O isə yenə heyətdə yoxdur.

Bəli, bu halda da Qara yığmaya dəvət almayıb. Məncə, illərini yığma formasında tər axıdaraq keçirən birini belə ucuzluqla hansısa italiyana, onun qərarına qurban vermək olmaz. Ağılasığmaz müdafiə variantları ilə kiminsə qərarı qarşısında qurbanlıq olmağa isə heç dəyməz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti