"Buna zəmanət vermirəm" - Neymar Braziliya millisindən gedir

15 Noyabr 2022 00:10 Gündəm 700
"Buna zəmanət vermirəm" - Neymar Braziliya millisindən gedir

Neymar Braziliya milli komandasındakı karyerasını başa vurmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2022-dən öncə açıqlama verib.

Təcrübəli futbolçu Qətərdəki mundialın onun yığma ilə sonuncu turnirinin ola biləcəyini deyib:

"Başqa bir dünya çempionatında oynayacağımı düşünmürəm. Buna zəmanət vermirəm.

Dürüst olmaq lazımdırsa, DÇ-2022-də sonuncu turnirim kimi oynayacağam".

Neymar 2010-cu ildən Braziliya yığmasında çıxış edir. PSJ-nin futbolçusu millinin heyətində meydana çıxdığı 121 matçda 75 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM