Ukrayna Rusiya ilə sülh şərtlərini açıqladı - GÜNDƏM

14 Noyabr 2022 18:30 Gündəm 1 047
Ukrayna Rusiya ilə sülh şərtlərini açıqladı - GÜNDƏM

“Ukraynanın sülh formulu dəyişməz olaraq qalır".

Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.

Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: “Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM