“Kəpəz” hesabat turunda “Qarabağ”a məğlub olmaqla yanaşı (1:3) aparıcı futbolçularından birini itirdi.
Start heyətində meydana çıxan Yeqor Xvalko birinci hissənin sonlarına yaxın aldığı xəsarətə görə Peyman Keşevarzi ilə əvəzləndi.
Oyunsonrası mətbuat konfransında belaruslu futbolçunun durumu ilə bağlı danışan baş məşqçi Tərlan Əhmədov onun ağır zədə alaraq uzun müddətə sıradan çıxdığını bildirmişdi.
Xvalkonun son durumuna aydınlıq gətirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxlayanda, bəlli oldu ki, 25 yaşlı futbolçu 7-10 gün arası məşqlərdən uzaq qalaraq müalicə olunacaq.
Bu isə o deməkdir ki, Yeqor həftəsonu “Turan Tovuz”la prinsipial qarşılaşmada forma geyinə bilməyəcək.
Gəncə təmsilçisinin digər iki zədəli futbolçusu Əfran İsmayılovla Samir Məhərrəmli də tovuzlulara qarşı oynamayacaq.
Noyabrın 13-də Premyer Liqanın 14-cü turu çərçivəsində baş tutacaq “Kəpəz” – “Turan Tovuz” qarşılaşması saat 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

