“Qarşıma hədəf qoydum ki, azı 2 il “Neftçi”də işləməliyəm”

12 Noyabr 2022 23:40 Gündəm 984
“Qarşıma hədəf qoydum ki, azı 2 il “Neftçi”də işləməliyəm”

“Mənə əvəzedici komanda təklif olunanda razılaşdım və qarşıma hədəf qoydum ki, azı 2 il burada işləməliyəm.

Ona görə də bu gün Premyer Liqa haqda fikirləşmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev deyib.

Onunla eyni vaxtda futbol oynamış Ayxan Abbasov, Rəşad Sadıqov, Samir Abasov, Elmar Baxşıyev, Vüqar Əsgərli kimi mütəxəssislər bu gün Premyer Liqa komandalarına rəhbərlik edir.

Rəşad Abdullayev buna hazırdırmı? Bu yay “ağ-qaralar”ın gənclərdən ibarət kollektivinin sükanı arxasına keçmiş 41 yaşlı çalışdırıcını dinləyək:

“Adlarını sadaladığınız məşqçilərlə aşağı-yuxarı həmyaşıdıq, eyni dövrdə futbol oynamışıq. Amma onlar məşqçiliyə məndən tez başlayıb və hər biri akademiya və əvəzedici komandalarının yolunu keçib.

Məşqçiliyə başlayan və ya 2-3 il işləyən kimi Premyer Liqanı düşünmək bir az ağırdır. Ora çətin yerdir, böyük təcrübəyə sahib olmalısan.

Bu gün “divizion”da baxıram kı, hər oyun mənim üçün təcrübədir.

Yeri gəlmişkən, elitada yerli məşqçilərin çoxluq təşkil etməsi hər birimiz üçün sevindirici haldır və hər birinə uğurlar arzulayıram.

İnşallah, təcrübə topladıqca, mən də nəvaxtsa həmin yerlərə çataram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti