Bu yaxınlarda “Şamaxı”dan ayrılan Pərviz Azadov keçən mövsüm çox yaxşı təsir bağışlayırdı.
Gəbc yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublar arasında “Qarabağ”ın da adı çəkilirdi. İndi isə…
Belindən zədə alan və cari sezonda debüt etmək imkanı olmayan orta saahə oyunçusu deyir:
“Bəli, bir neçə klubdan dəvət almışdım. Söhbətimiz də olmuşdu. Sadəcə, elə oldu ki, sonda “Şamaxı”da qalası oldum. Amma danışıq apardığım klubların adını çəkməyim doğru olmaz”.
XANOĞLAN / SPORTİNFO.AZ

