Hərbçinin sinəsindən partlamamış sursat çıxarıldı - Rusiyadan VİDEO

11 Noyabr 2022 03:00 Gündəm 747
Hərbçinin sinəsindən partlamamış sursat çıxarıldı - Rusiyadan VİDEO

Rusiyada müharibə iştirakçısı olmuş kiçik serjant Nikolay Pasenko üzərində çətin əməliyyat keçirilib.

Belə ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin P.V.Mandrik adına Mərkəzi Hərbi Klinik Hospitalının hərbi cərrahlar briqadası hərbçinin sinəsindən partlamamış hərbi sursat çıxarıb.

Hospitalın tibb xidmətinin polkovnik-leytenantı Dmitri Kimin sözlərinə görə, ölümcül qanaxma təhlükəsi səbəbindən hərbçi yerində əməliyyat olunub.

“Eyni zamanda döyüş sursatının partlaması riski də olduqca yüksək idi”, - deyə Rusiya Müdafiə Nazirliyindən qeyd edilib.

Əməliyyatdan sonra serjant Pasenko Moskvaya aparılıb. O, müalicə və reabilitasiya kursu keçir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM