Bu gün Azərbaycan "Zəfər Günü"nü qeyd edir.
İki il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni diz çökdürdü.
Azərbaycan əsgərinin hər bir qələbəsi qəhrəmanlıq dastanına çevrildi. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyuldu.
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Bu Zəfərdə idmançılarımızın da payı az olmadı. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli torpağımız olan Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər.
"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov bildirib ki, onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi yazdılar:
"Onlardan yaralanan da oldu, şəhidlik zirvəsinə yüksələn də... Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si canlarından keçiblə
r. Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olublar. Beləliklə, Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi.
Sıralarında Azərbaycan idmançılarının da yer aldığı qüdrətli ordumuzun cəsur oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular".
VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

