İtaliyadan birbaşa Suraxanıya – “Qarabağ”ın oyununda olacaq

20 Oktyabr 2022 20:00 Gündəm 1 429
İtaliyadan birbaşa Suraxanıya – “Qarabağ”ın oyununda olacaq

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi bu gün səhər saatlarında Bakıya gəlib.

Sentyabrın 25-də Qazaxıstanla “Dalğa Arena”da baş tutan oyundan sonra vətəni İtaliyaya yola düşən təcrübəli mütəxəssisin istirahət günləri başa çatıb.

De Byazi bu gün Premyer Liqanın 11-ci turu çərçivəsində “Qarabağ”la “Turan Tovuz” arasında “Azersun Arena”da baş tutacaq qarşılaşmanı stadionda canlı izləyəcək.

Baş məşqçi qarşıdakı günlərdə AFFA rəhbərliyi ilə görüşməli, AÇ-2024-ün seçmə mərhələsi ilə bağlı planlarını təqdim etməli, köməkçisi Fabio Qallonun Azərbaycanı tərk etməsindən sonra yeni köməkçisinin kimliyini müəyyənləşdirməli, yığmanın noyabrdakı yoldaşlıq görüşlərində heyəti müəyyənləşdirmək üçün çempionat matçlarını izləməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti