"Qarabağ"la oyundan öncə 3 problemlə üzləşdilər

20 Oktyabr 2022 10:40 Gündəm 1 218
"Qarabağ"la oyundan öncə 3 problemlə üzləşdilər

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Günün yeganə matçında ölkə çempionu "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək.

"Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Debütant liderlə görüşə ciddi itkilərlə çıxacaq. Qərb təmsilçisinin heyətində 3 problemli futbolçu var.

Piruzi Marakvelidze zədəli durumdadır. Gürcüstanlı yarımmüdafiəçinin ən yaxşı halda 2 həftədən sonra komandaya kömək edə biləcəyi gözlənilir.

Kapitan Şəhriyar Əliyev də eyni səbəbdən meydana çıxmayacaq.

İngiltərəli hücumçu Natan Oduva da son məşqdə xəsarət alıb. «Tottenhem»in yetirməsinin bu gün forma geyinib-geyinməyəcəyi hakimlərin raportundan asılı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM