"Dinamo"nun baş məşqçisi Ante Çaçiç klub rəhbərliyi ilə görüş keçirib.
Toplantıda komandanın hazırkı durumu və qış planları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Zaqreb klubunun çalışdırıcısı Çempionlar Liqasının qrup mərhələsini adlayacaqlarına ümidini itirmədiyini bildirib. O, ən pis halda Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaqlarını vəd edib.
Ante Çaçiç transfer çalışmalarını da müzakirə edib, bəzi futbolçulardan narazılığını dilə gətirib. Mahir Emreli və daha bir neçə nəfərin adını çəkib, rəqabətə davam gətirmədiklərini vurğulayıb.
Çalışdırıcı qış fasiləsində onların icarəyə verilməsinə, yaxud yolların birdəfəlik ayrılmasına etiraz etmədiyini bildirib.
SPORTİNFO.AZ

