İrəvan sərhədə texnika yığır: Ordumuz zərbə endirəcək? - VİDEO

19 Oktyabr 2022 03:10 Gündəm 772
İrəvan sərhədə texnika yığır: Ordumuz zərbə endirəcək? - VİDEO

"Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına kifayət qədər ağır silahlar toplaması Ordumuzun həmin ərazilərdə xidmət aparan şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır.

Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün Ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılmasına dair adekvat tədbirlər görməlidir".

Bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Daşkəsən istiqamətində artilleriya qurğuları və canlı qüvvə cəmləməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

O bildirib ki, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandaki revanşist qüvvələri bir qədər cəsarətləndirib və nəticə etibarilə onlar hazırki fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək niyyətindədirlər:

“Bütün baş verənlərə görə məsuliyyət tamamilə Ermənistanın və onu dəstəkləyən qüvvələrin üzərinə düşür. Biz Ermənistan ordusunun real imkan və potensialına bələd olduğumuz üçün yaxın zamanda mümkün toqquşmalarda onları nə gözlədiyini də yaxşı bilirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti