“Putinlə danışıqlar üçün imkanlar tükənib” - Zelenski

18 Oktyabr 2022 16:30 Gündəm 561
“Putinlə danışıqlar üçün imkanlar tükənib” - Zelenski

“Oktyabrın 10-dan etibarən Ukraynanın elektrik stansiyalarının 30%-i sıradan çıxarılıb”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi tviter hesabında yazıb.

“Bu da ölkəboyu elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün imkanlar tükənib”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Vladimir Putin ötən həftə ölkənin Təhlükəsiz Şurasının üzvləri ilə keçirdiyi iclasda Ukraynanın hərbi idarəetmə, rabitə və energetika obyektlərinə yüksəkdəqiqlikli uzaqmənzilli silahlarla zərbələr endirildiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM