Naxçıvan futbolu yeni dönəmə hazırlaşır.
Bir neçə illik aradan sonra ölkə çempionatına qayıdan bölgə artıq I Divizionda təmsil olunur.
«Araz Naxçıvan» ilk 7 turda maksimum nəticə göstərib və turnir cədvəlinə başçılıq edir. Muxtar Respublika klubu mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanmağı planlaşdırır.
«Araz Naxçıvan»ın uğurları ilə kifayətlənmək istəməyən Naxçıvan Futbol Federasiyası daha bir yenilik etməyi qərara alıb.
Regionda ilk dəfə uşaq futbol akademiyanın yaradılması lazım bilinib. Bunun üçün hər cür şərait mövcuddur:
Muxtar Respublikanın bütün şəhər və rayonlarında, həmçinin qəsəbələrdə, kəndlərdə seçimlər aparılacaq.
Yerlərdə stadion və meydançalar bir daha təmir olunaraq, uşaq+yeniyetmələrin ixtiyarına veriləcək. Kateqoriyalı məşqçilər onlara futbolun sirlərini öyrədəcək.
SPORTİNFO.AZ

