Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının oktyabrın 31-də keçirilməsini təklif edib.
O, bu barədə özünün tviter hesabında yazıb.
Paşinyan görüşün Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcəyini bildirib.
Bu barədə oktyabrın 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Ceyhun Bayramov və Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə aparılıb. Görüşün noyabrda keçiriləcəyi planlaşdırılmışdı.
Delimitasiyası üzrə dövlət komissiyalarına Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan rəhbərlik edir.
Qriqoryan və Mustafayev arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində baş tutub. İkinci görüş isə avqustun 30-da Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.

