“Zəngəzur dəhlizi ilə bağlı problem görmürəm” - Rəcəb Tayyib Ərdoğan

14 Oktyabr 2022 18:30 Gündəm 846
“Zəngəzur dəhlizi ilə bağlı problem görmürəm” - Rəcəb Tayyib Ərdoğan

“Praqada məhdud çərçivədə görüş keçirdik.

Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orban və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edirdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Paşinyanla görüşü və bu görüş zamanı Zəngəzur dəhlizi barədə müzakirələrin aparılmasına dair suala cavab verərkən deyib.

“Ondan sonra orada bir də nümayəndə heyətləri ilə görüşdük və təbii ki bu məsələləri də müzakirə etdik. Amma Zəngəzur dəhlizi ilə bağlı hər hansı problem görmürəm”, - deyə Ərdoğan söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti