“Olimpiakos”a qiymət vermək üçün Yunanıstandan 7 nəfər gəlib

13 Oktyabr 2022 19:00 Gündəm 886
“Olimpiakos”a qiymət vermək üçün Yunanıstandan 7 nəfər gəlib

“Qarabağ” – “Olimpiakos” oyununa hədsiz dərəcədə böyük maraq var.

Ajiotaj təkcə ölkəmizdə deyil, Yunanıstanda da hiss olunmaqdadır.

Qrupda sonuncu olmamaq üçün Bakıda qələbə qazanmağa borclu olan “ağ-qırmızılar” bu axşam ölüm-qalım mübarizəsi aparacaq.

“Qarabağ”ın rəqibinin ilk 3 oyunda xal üzünə həsrət qaldığını nəzərə alsaq, narahatlıq anlaşılandır.

Oyunun ağırlığını dərk edən yunan həmkarlarımız da matç saatlarında Tofiq Bəhramov adına Respublika stadionunda iş başında olacaq.

Bu məqsədlə Yunanıstandan Azərbaycana 7 jurnalist təşrif buyurub.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Olimpiakos” qarşılaşması bu axşam saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti