"Qarabağ" matç "Olimpiakos"un qalib gəlməli və ya "ölməli" olduğu oyundur"

13 Oktyabr 2022 17:30 Gündəm 875
"Qarabağ" matç "Olimpiakos"un qalib gəlməli və ya "ölməli" olduğu oyundur"

Yunanıstan mətbuatı “Olimpiakos” üçün Avropa Liqasının G qrupunun 4-cü turunun Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunun əhəmiyyətini qeyd edib.

Sportinfo.az xəbər verir ki, “Onlarissa” portalı Pirey klubunun bu gün “Qarabağ”a qarşı keçirəcəyi oyun haqda bunları yazıb:

"Olimpiakos" getdikcə rəqiblərindən uzaqlaşır. Buna görə də Bakıdakı bugünkü oyun onlar üçünın mütləq qələbəyə ehtiyacı olduğu görüş kimi xarakterizə olunur.

Bu, Miçelin komandasının qalib gəlməli və ya “ölməli” olduğu qarşılaşmadır. Başqa seçim də yoxdu. “Olimpiakos” qrupdan çıxmaq istəyir".

Bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM