XOŞ HADİSƏ: Bu rayonun futbol həyatında yeni dönəm - VİDEOLAR

13 Oktyabr 2022 14:40 Gündəm 1 172
XOŞ HADİSƏ: Bu rayonun futbol həyatında yeni dönəm - VİDEOLAR

Şövkət Orduxanov adına Qusar şəhər stadionun üzünüə gün doğub.

Dörd ildən artıqdır söküntüsü yarımçıq qalmış arenada yenidənqurma başlayıb.

Təmir-tikinti «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin kurasiyasında fəaliyyət göstərən şirkət tərəfindən aparılır.

Rayonun mıərkəzində yerləşən idman qurğusunun inşaatının qarşıdakı 1,5 ildə başa çatdırılması planlaşdırılır.

Stadion Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan kompleks 2018-ci ilin əvvəlində təmirə bağlanıb.

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var, o da kurasyiasındakı şirkətin balansındadır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur.

SPORTİNFO.AZ

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti