Yol polisindən “Qarabağ”a görə müraciət – Maşından az istifadə edin

13 Oktyabr 2022 16:20 Gündəm 610
Yol polisindən “Qarabağ”a görə müraciət – Maşından az istifadə edin

Sportinfo.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabah keçiriləcək "Qarabağ" - "Olimpiakos” oyunu ilə bağlı stadiona gələcək azarkeşlərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur:

“Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir.

Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər.

Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər.

Bu isə zərurət yarandığı təqdirdə stadiona paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.

Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti