İspaniyalı: “Biz bunu Qurban Qurbanovun sözlərindən əvvəl də bilirdik“

12 Oktyabr 2022 18:10 Gündəm 2 958
İspaniyalı: “Biz bunu Qurban Qurbanovun sözlərindən əvvəl də bilirdik“

"Olimpiakos" Avropa Liqası qrup mərhələsinin dördüncü turu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Yunanıstan klubunun baş məşqçisi Miçel Qonsales sualları cavablandırıb:

- İlk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq?

- Təbii ki, olacaq. Üç futbolçumuz zədəli idi. Sabah oynaya bilərlər. Biz ən yaxşısını ortaya çıxarmağa çalışırıq. Hələ kimin oynayacağını dəqiq bilmirəm, amma bugünkü məşqdən sonra biləcəyik.

- "Qarabağ"ın baş məşqçisi sabah "Olimpiakos" üçün son və həlledici oyun olduğunu deyib. Razısız?

- Bəli, biz bunu onun sözlərindən əvvəl də bilirdik (gülür). Bunu paltardəyişmə otağında hiss edə bilərsiniz. Qalib gələ bilməsək, böyük ölçüdə çox şey həll olunacaq. Sabah "Olimpiakos" üçün həlledici oyun olacaq.

- Sabah akademiyanın oyunçularından kimlərsə meydana çıxacaq?

- Mən həmişə bunu etməyə çalışmışam, son matçlarda da etmişəm. Lazım olarsa, onlardan istifadə edəcəyik.

- Cavab oyunundan öncə ilk matçdakı 0:3 hesablı məğlubiyyət sizi qorxudur?

- Məncə, göstərilən oyun nəticə ilə üst-üstə düşmür. İlk matçda yaxşı oynamışdıq və məğlubiyyətə layiq deyildik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti