Qurban Qurbanovdan bu futbolçuya XƏBƏRDARLIQ - VİDEO

12 Oktyabr 2022 21:00 Gündəm 2 905
Qurban Qurbanovdan bu futbolçuya XƏBƏRDARLIQ - VİDEO

Avropa Liqasının qrup mərhələsinin üçüncü matçında “Qarabağ” 3 cavabsız qolla “Olimpiakos”u məğlub etdi.

Həmin görüşdən sonra komandanın paltardəyişmə otağında çəkilən videoda Elvin Cəfərquliyevin üzgün olduğu görünürdü.

Futbolçuların bəziləri yorğun olduğu, bəziləri qələbə sevincini yaşadığı halda Elvinin kefsiz təsir bağışlaması, Qara Qarayevin ona təsəlli verməsi diqqətdən yayınmadı.

Məlum olub ki, Elvinin üzgünlüyü aldığı sarı vərəqəyə görədir. İş burasındadır ki, 21 yaşlı futbolçu cəza sərhədinə yaxınlaşıb.

Cəfərquliyev “Nant”la oyundan sonra “Olimpiakos”la qarşılaşmada da “sarı” ilə cəzalanması onu çətin vəziyyətə salıb.

Çünki qarşıdakı oyunların birində alacağı növbəti sarı vərəqə onu cəzalı duruma salacaq.

Qurban Qurbanovun çətin oyunlar zamanı futbolçuların meydanda intizamlı davranmasına və vərəqələrdən mümkün qədər uzaq durmasına dair verdiyi tapşırıq hələ ki, işə yarayır.

3 matçdan sonra cəza sərhədində olan yeganə oyunçu məhz Elvin Cəfərquliyevdir. Abdullah Zubir, Ovusu Kvabena, Toral Bayramov, Qara Qarayev və Ramil Şeydayev qrup mərhələsində hərəyə bir dəfə sarı vərəqə ilə cəzalanıb.

Videonu bu linkə daxil olaraq izləyin:

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti