Ötən həftə “Qarabağ”ın səfər matçında “Olimpiakos”u darmadağın etməsi yerinə düşdü.
Azərbaycan çempionu Yunanıstanın ən köklü klubunu doğma azarkeşləri önündə kötəkləməsinə baxmayaraq, yunan azarkeşlər ağdamlıların 3:0-lıq qələbəsini “Olimpiakos”dakı itkilərlə əlaqələndirirdi.
Həqiqətən də oktyabrın 6-da meydan sahiblərinin bir neçə vacib futbolçusu zədə səbəbindən “Georgios Karaiskakis”ə ayaq basmaqda məhrum idi.
Deyəsən, Bakıdakı oyun da pireylilər üçün unudulmaz gecə kimi tarixə düşəcək.
İş burasındadır ki, “Olimpiakos” ölkəmizə itkilərlə gəlir. Bir həftə əvvəl meydana çıxmaqdan məhrum olan təcrübəlilər - Tomaş Vatsliklə Yusuf El-Arabi hələ də zədəsini sağaltmaqla məşğuldurlar.
Bu azmış kimi, “qırmızı-qaralar” daha bir əsas heyət üzvünün itkisinə üzülüb. Oktyabrın 9-da OFİ ilə çempionat qarşılaşmasının ilk yarısında xəsarət alaraq meydanı vaxtından əvvəl tərk edən Pipa Avilanın hazırkı durumu qənaətbəxş deyil.
İspan futbolçunun Bakıda oynamayacağı böyük ölçüdə dəqiqləşib.
Maraq üçün xatırladaq ki, “Olimpiakos”un daha bir neçə futbolçusu Avropa Liqası üçün sifariş olunmadığından, meydana çıxmaqdan məhrumdur.
HƏBİB / SPORTİNFO.AZ

