Qurban Qurbanovun dar günündə onunla dost ola bilməyənlər

13 Oktyabr 2022 17:00 Gündəm 1 172
Qurban Qurbanovun dar günündə onunla dost ola bilməyənlər

Yaxşı dost(lar) dar gündə tanınar.

Bu gün Qurban Qurbanovun o qədər dostu var ki...

Komanda Yunanıstandan böyük zəfərlə qayıdır. Ağlı başında olan hər kəs qəbul edər ki, "Olimpiakos"u səfərdə belə hesabla (3:0) udmaq nə deməkdir.

Elə "Nant"ı Bakıda darmadağın (3:0) etmək, lap Avropa Liqasının qrup mərhələsinə qalmaq da böyük uğurdur. Və bunların əldə olunmasında sirr deyil ki, Qurbanovun böyük əməyi var.

Bunun nəticəsidir ki, bu gün hər kəs onu alqışlayır, ondan danışır, məşqçi kimi böyüklüyünü etiraf edir.

Bu gün onun komandasının, elə onun özünün də xoş günləridir. Hər şey gözəl gedir. Dost(lar) da nə qədər desən...

Axı xoş gündə adamın dostu çox olur. Amma ilk büdrəmədə həmin dostlardan çoxu ilk badalaq vuran olacaq.

Biri taktikadan dərs keçəcək, digəri hücumçu almadığı üçün "topa-gülləyə" tutacaq. Heç çox uzaq tarixə getməyə də gərək yoxdur.

Cəmi 2 ay əvvəl "Lex"lə, 1 ay əvvəl isə "Viktoriya" ilə səfər matçlarından sonra yaşananları yada salmaq yetərlidir. Hələ heç həmin məğlubiyyətlərə də büdrəmə demək olmaz.

Gör, həqiqi büdrəmə olsa nələr yaşanar.

Allah adamı belə dostlardan qorusun. Elə Qurban Qurbanovu da!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti