Türkiyəli baş məşqçi öz xidmətini Azərbaycan klubuna təklif etdi, təcili Bakıya gəldi

4 Sentyabr 2022 14:00 Gündəm 4 400
Türkiyəli baş məşqçi öz xidmətini Azərbaycan klubuna təklif etdi, təcili Bakıya gəldi

Türkiyənin tanınmış məşqçilərindən biri öz xidmətini «Sumqayıt»a təklif edib.

Hələlik adı gizli saxlanılan mütəxəssis menecerlər vasitəsilə «kimyaçılar»a xəbər göndərərək, komandanı çalışdırmağa hazır olduğunu bildirib.

O, dünən Bakıya gəlib, Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən «Neftçi» - «Sumqayıt» görüşünü (3:0) canlı izləyib. Qardaş ölkənin təmsilçisi bu gün də «Sabah» - «Səbail» matçına stadiondan baxacaq.

Düzdür, «Sumqayıt» rəhbərliyi hələlik türkiyəli məşqçinin namizədliyini nəzərdən keçirmir. Tələsik qərar vermək istəmirlər.

«Kimyaçılar» Aleksey Baqa şans vermək fikrindədir. Bu dəqiqə üçün son məlumat bundan ibarətdir.

Bəlkə belaruslu bir azdan, yaxud axşam, bəlkə də sabah gəlib deyəcək ki, getmək niyyətindədir – onu deyə bilmərik. Hər şey mümkündür.

Dəqiq olan və görünən budur ki, BATE-nin sabiq sükançısı özünü göstərə bilmir və bərbad nəticələri ilə «Sumqayıt»da ona yaradılan şəraitin qarşılığını vermir.

Baxmayaraq ki, burada işləmiş məşqçilər arasında ən yaxşı imkanı Baqa yaxalayıb, legionerlərin xidmətindən istifadə etməsinə izn alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti