"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u daha bir ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin sahibi Evangelos Marinakis "Çelsi"nin yarımmüdafiəçisi Tyemue Bakayokonu komandada görmək istəyir.
Fransalı oyunçu hazırda icarə əsasında İtaliya "Milan"ında çıxış edir.
"Olimpiakos" daha əvvəl "Real Madrid"in sabiq futbolçusu Marselonu transfer edib. "Qarabağ" bu komandaya qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

