Dəyiş-düyüş edəcəklər - "Barselona" və "Çelsi" razılaşdı

1 Sentyabr 2022 18:40 Gündəm 680
Dəyiş-düyüş edəcəklər -

"Barselona" və "Çelsi" arasında oyunçu dəyişikliyi olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

"Çelsi" müdafiəçisi Markos Alonsonun qarşılığında "Barselona"dan hücumçu Pyer-Emerik Obameyanqı heyətinə qatacaq.

Tərəflər artıq razılığa gəliblər. Lakin oyunçuların müqavilələrinin detalları açıqlanmayıb.

Obameyanq bu ilin qışından etibarən "Barselona"da oynayır. O, həmin müddət ərzində 18 matçda 11 qol vurub.

Alonso isə 2016-cı ildən "Çelsi"nin futbolçusudur. O, bu mövssüm Premyer Liqada meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!