Azərbaycanda hansısa klubu bir belə BİABIR ETMƏK OLARMI? - VİDEO

31 Avqust 2022 21:20 Gündəm 1 727
Azərbaycanda hansısa klubu bir belə BİABIR ETMƏK OLARMI? - VİDEO

“Kəpəz”də Yaşar Vahabzadənin istefasından sonra boş qalan posta ən real namizəd Şahin Diniyevdir.

Sportinfo TV-də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov Gəncə klubunda onun mümkün təyinatı ilə bağlı maraqlı şərh verib.

Ekspert-aparıcı deyib ki, Gəncə futbol camiəsi növbəti xaosun astanasındadır:

“Açıq etiraf etməliyik ki, “Kəpəz”də vəziyyət qətiyyən ürəkaçan deyil. Komanda geriyə doğru gedir.

Vəziyyətin yaxşlığa doğru dəyişməsi üçün klub daxilində hər kəs öz vəzifəsini, öhdəliyini, məsuliyyətini dəqiq bilməli, buna uyğun fəaliyyət göstərməlidir.

İdarəçiliyin uğursuz nəticələri ortadadır. Buna birmənalı şəkildə son verilməli, kollegiallıq, mütəxəssis rəyləri hökmən nəzərə alınmalıdır.

Futboldan anlayışı olmayanların “Kəpəz”də vacib postlarda yer alması, geriləməni daha da sürətləndirir. Azarkeşlər komandadan küsdürülür, incik salınır.

Mətbuatda “Qarabağ”la sabahkı oyundan sonra “Kəpəz”in baş məşqçisi postuna Şahin Diniyevin qayıtarılacağı bildirilir. Əslində, bu təyinat futbol ictimaiyyəti arasında birmənalı qarşılanmadı.

Biz heç kəsin şəxsiyyətinə və karyerasına kölgə salmaq fikrində olmasaq da, 2017-ci ildə “Kəpəz”də baş vermiş istefalar, əslində, maliyyə fırıldaqçılığı ilə bağlıdır və digər adlar arasında Diniyevin də adı hallanır.

Məhz bu səbəbdən futbol ictimaiyyətində bu mümkün təyinat suallar doğurur. Göründüyü kimi, ümumilikdə,

Gəncə futbolu ilə bağlı problemləri yazsaq, səhifələr, danışsaq, saatlar yetməz. Ölkəmizin ikinci şəhəri bu cür münasibətə layiq deyil”.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti