Premyer Liqaya klubu Ədliyyə Nazirliyinə müraciət etdi – Rəhbərliyin dəyişməsi ilə bağlı

31 Avqust 2022 14:40 Gündəm 1 491
Premyer Liqaya klubu Ədliyyə Nazirliyinə müraciət etdi – Rəhbərliyin dəyişməsi ilə bağlı

«Turan Tovuz»PFK Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edib.

Premyer Liqaya qayıdan əyalət təmsilçisi idarəçilik strukturunun dəyişməsi ilə əlaqədar nazirliyə məktub ünvanlayıb.

Müraciət konkret olaraq klubun İdarə Heyətinin və prezidentinin seçilməsiylə bağlıdır.

Belə ki, Müşahidə Şurasının sədri postundan ayrılan Oqtay Abdullayevin fəaliyyətini prezident olaraq davam etdirməsi, həmçinin İdarə Heyətinə yeni üzvlərin təyinatı bu səbəbdən hələ rəsmiləşməyib.

«Turan Tovuz»un idman direktoru Nadir Nəbiyevin Sportinfo.az-a bildirdiyinə görə, Ədliyyə Nazirrliyi hələ sənədləri təsdiq etməyib:

«Hazırda gözləmə mövqeyindəyik. Sənədlər təsdiq olunandan sonra açıqlama verəcəyik ki, sədrlər və üzvlər kimlərdir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti