Bilirik, hamı bu VİDEOnu gözləyir: “Qarabağ”ın Mahirə ehtiyacı varmı?

30 Avqust 2022 17:00 Gündəm 1 518
Bilirik, hamı bu VİDEOnu gözləyir: “Qarabağ”ın  Mahirə ehtiyacı varmı?

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli «Dinamo» rəhbərliyinə müraciət edib ki, Xorvatiyadan ayrılmaq istəyir.

Forvardın hazırda “Qarabağ”la danışıqlar apardığı da gələn xəbərlər arasındadır.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov deyib ki, Mahir özünü “Dinamo”da doğrulda bilmir:

“Düzdür, onun Avropa səyahəti bir az uzun çəkdi, amma sonucda nəticə eynidir. Yenə rəqabətə tab gətirməyən futbolçumuz geriyə qayıdır.

Neyləyək, təki “Qarabağ” üçün uğurlu olsun. Unutmayaq ki, o, Polşada da qərar tuta bilmədi, “Legiya”dan qalmaqalla, dava-dalaşla ayrıldı.

Sonra sevindik ki, “Dinamo”ya keçir, Xorvatiyanın çempionatı daha güclüdür. Təəssüf ki, Xorvatiyada da həmin hal təkrarlandı.

Mahir bu sindromdan heç cür yaxa qurtara bilmir. Halbuki milli komandamızın inkişafı üçün futbolçularımızın legioner həyatını yaşamasının vacibliyini daim vurğulayırıq.

Təəssüf, yenə də həmin hamam, həmin tas! İbrahima Vadjinin əvəzləyicisi Emrelidirmi? Məncə, xeyr.

Vadjinin həm toplu, həm də topsuz oyunlarda gördüyü iş Mahirin profilinə uyğun deyil. Həm fiziki, həm də taktiki anlamda Vadji ondan bir addım öndə dayanır”.

Həmin videonu bu linkə daxil olaraq izləyin:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti