"Asteras" "Olimpiakos"ı büdrətməyin yolunu "Qarabağ"a göstərdi - VİDEO

30 Avqust 2022 00:50 Gündəm 1 193
"Asteras" "Olimpiakos"ı büdrətməyin yolunu "Qarabağ"a göstərdi - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" cari mövsümdə ilk dəfə xal itirib.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi Superliqada II turun bağlanış matçı olan "Asteras"la Tripoli şəhərində keçirilən matçda meydan sahiblərinin müqavimətini qıra bilməyib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

İlk turda öz meydanında "Yannina"ya 2:0 hesabı ilə qalib gəlmiş "Olimpiakos" hazırda 4 xalla 3-cüdür. Turnir cədvəlinə 6 xalla Afina klubları – "Panatinaikos" və PAOK başçılıq edir.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti