Premyer Liqada mövsümün ilk istefası: “Kəpəz”in canı qurtardımı? - VİDEO

29 Avqust 2022 22:20 Gündəm 882
Premyer Liqada mövsümün ilk istefası: “Kəpəz”in canı qurtardımı? - VİDEO

Gözlənildiyi kimi, Premyer Liqada mövsümün ilk istefa xəbəri “Kəpəz”dən gəldi.

Yaşar Vahabzadə baş məşqçi vəzifəsindən göndərildi.

Sportinfo TV-də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov Gəncə klubunda baş verən son hadisələrə münasibət bildirib.

Ekspert-aparıcı deyib ki, azarkeş-baş məşqçi davası camiədə xaos yaratmışdı:

“Yaşar Vahabzadə hörmət etdiyimiz veteran futbolçumuzdur. İndiyədək Azərbaycan futbolunda müəyyən xidmətləri olan şəxsdir.

Lakin obyektiv və subyektiv səbəblərdən “Kəpəz”ə birinci dvizionda belə, normal nəticələr qazandıra bilmədi.

Son illər biz daim Gəncənin futbol veteranlarından və azarkeşlərindən Vahabzadə barədə tənqidi fikirlər eşitmişik. Bunu onun özü də gizlətmir və maraqlıdır ki, hər dəfə Gəncə azarkeşlərinin stadionlarda istefa hayqırtılarına çox soyuqqanlı münasibət bəsləyirdi.

Lakin biz də bilirik ki bu, sonadək davam edə bilməzdi. Futbolda ilk növbədə əsas olan nəticədir.

“Kəpəz” nə qədər çalışsa da, ağır məğlubiyyətlər bir-birini sıraladı. Bundan sonra hər şey düzələcəkmi? Düşünmürəm”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti