Bu gün «Kəpəz»də klubdaxili toplantı keçiriləcək.
İclas saat 17:00-a təyin olunub.
Gündəmdə olan məsələ birdir - yeni baş məşqçinin açıqlanması.
Bilindiyi kimi, Premyer Liqanın ilk 4 turunda məğlubiyyətləri sıralayan Gəncə təmsilçisi bu gün Yaşar Vahabzadə ilə yolları rəsmən ayırıb. Ö
tən 3 mövsümdə komandanı çalışdırmış mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub rəhbərliyi onunla yanaşı, köməkçilərini də işindən azad edib.
Bu gün keçiriləcək yığıncaqda yeni baş məşqçinin kollektivə təqdim edilməsi nəzərdə tutulur. Həmçinin çempionatın ilk həftələrindəki uğursuz nəticələr müzakirəyə çıxarılacaq.
SPORTİNFO.AZ

