SƏRT ETİRAZ: "Bir azərbaycanlı "Qalatasaray" yunan komandasıdır" desə, nə edərdik?"

27 Avqust 2022 19:40 Gündəm 3 421
SƏRT ETİRAZ: "Bir azərbaycanlı "Qalatasaray" yunan komandasıdır" desə, nə edərdik?"

Türkiyəli köşə yazarı Gürcan Bilgiçin "A Spor"un canlı efirində "Qarabağ" haqda "Ermənistan klubu deyilmi" sualı verməsi, gözlənildiyi kimi, cəmiyyətdə böyük əks-səda doğurub.

İllərdi Avropa arenasında mübarizə aparan, adından söz etdirən Ağdam klubu barəsində belə soru ünvanlaması ona qarşı tənqidlərin sayını durmadan artırır.

Dünəndən bəri yazarın sosial şəbəkə hesabları çoxlu sayda azərbaycanlı futbolsevərin hədəfinə çevrilib – hamı öz narazılğını müxtəlif fikirlərlə ifadə edir.
Növbəti etiraz isə türkiyəli mütəxəssis Naci Şensoydan gəlib.

Ölkəmizdə də kifayət qədər tanınan və müxtəlif vaxtlarda 3 dəfə "Turan"ı çalışdırmış Naci bəy öz səhifəsində Gürcan Bilgiçini sərt tənqid edib:

"Gürcan Bilgiç “Qarabağ" Ermənistan komandası deyilmi” deyir. Bir azərbaycanlı çıxıb "Qalatasaray" yunan komandasıdır" desə, nə edərdik? Bir az ciddiyət və sayğı, lütfən!!!".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti